Xidmətlər

Dəri keyfiyyəti prosedurları

Biorevitalizasiya, PRX-T33 və üz təmizliyi — dərinin nəmliyi, teksturası və təmizliyi üçün prosedurlar.

  • BiorevitalizasiyaHialuron turşusu ilə nəmləndirmə
  • PRX-T33İynəsiz dəri biostimulyatoru
  • Üz təmizliyiTəmizləmə və nəmləndirmə

Biorevitalizasiya nədir?

Biorevitalizasiya hialuron turşusunun kiçik dozalarının inyeksiya yolu ilə dəriyə yeridilməsidir. Prosedur dərini nəmləndirməyə və onun ümumi keyfiyyətini yaxşılaşdırmağa yönəlib. Yaşla dəridə hialuron turşusunun miqdarı azalır; bu, dərinin quruması, elastikliyin azalması və qırışların yaranması ilə müşayiət oluna bilər.

PRX-T33 nədir?

PRX-T33 tərkibində trixlorsirkə turşusu (TCA) olan gel formalı dəri biostimulyatorudur. Prosedur iynəsiz aparılır. Məqsəd dərinin teksturasını, tonunu və elastikliyini yaxşılaşdırmaqdır.

Üz təmizliyi (çistka) necə aparılır?

Üz təmizliyi dərinin tipinə və ehtiyaclarına uyğun məhsullarla aparılan prosedurdur. Əsas mərhələlər:

  1. Dərinin təmizlənməsi
  2. Buxar və pilinq
  3. Qara nöqtələrin çıxarılması
  4. Maska və nəmləndirmə

Məqsəd dəridəki artıq yağın, qara nöqtələrin və ölü hüceyrələrin təmizlənməsi, dərinin daha təmiz və canlı görünməsidir.

Bilməli olduqlarınız

BloqDəriyə gündəlik qayğı: 8 sadə qayda

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı