Xidmətlər
Dodaq dolğusu
Hialuron turşusu əsaslı dolğu ilə həcm, kontur və asimmetriya korreksiyası — üz cizgilərinə uyğun, təbii nəticə məqsədi ilə.
- ProsedurTəxminən 15–25 dəqiqə
- NəticəDərhal görünür
- EffektAdətən 6–12 ay
Dodaq dolğusu nədir?
Dodaq dolğusu hialuron turşusu əsaslı dolğunun dodaqlara inyeksiya yolu ilə yeridilməsidir. Prosedurla dodaqlara həcm verilir, kontur dəqiqləşdirilir və asimmetriya korreksiya olunur. Hialuron turşusu orqanizmdə təbii olaraq mövcud olan maddədir. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşdür.
Dodaq dolğusu nə üçün edilir?
- Nazik və ya həcmi az olan dodaqlara dolğunluq vermək
- Dodaqlardakı asimmetriyanı korreksiya etmək
- Dodaq konturunu daha aydın göstərmək
- Dodaqların daha nəmli və hamar görünməsinə kömək etmək
- Əvvəlki dolğudan sonra formasını itirmiş dodaqları yenidən formalaşdırmaq
Hansı yanaşmalar tətbiq olunur?
- Həcm verilməsi — dodaqların ümumi dolğunluğu artırılır.
- Kontur korreksiyası — az miqdarda dolğu ilə yalnız dodaq konturu (vermilyon sərhədi) vurğulanır və simmetriya bərpa edilir. Həcm artırılmadan dodağın təbii anatomiyası qorunur.
- Mərhələli dolğu — nəticəyə bir dəfəyə deyil, mərhələlərlə çatılır. Məsələn, xəstələrdən birində əvvəlcə 0,5 q dolğu tətbiq olunub, bir ay sonra isə daha 0,5 q əlavə edilib.
- Əvvəlki dolğunun nəticələrinin korreksiyası — daha əvvəl süni tərkibli dolğu ilə deformasiyaya uğramış dodaqlar hialuron turşusu əsaslı dolğu ilə yenidən formalaşdırıla bilər.
Kontur, yoxsa tam dolğunluq? Seçim sizindir, uyğun texnikanı isə həkim konsultasiya zamanı müəyyən edir.
Prosedur nə qədər çəkir?
Prosedurun özü təxminən 15–25 dəqiqə çəkir.
Nəticə nə vaxt görünür və nə qədər davam edir?
Nəticə prosedurdan dərhal sonra görünür. Effekt adətən 6–12 ay davam edir. Dodaqlar hərəkətli nahiyə olduğu üçün dolğu burada nisbətən daha tez sorula bilər; müddət fərdidir.
Bilməli olduqlarınız
- Prosedurdan sonra müvəqqəti şişkinlik, qızartı, göyərmə və həssaslıq ola bilər.
- Dodaq dolğusu yalnız həkim tərəfindən, klinik şəraitdə aparılmalıdır.
- Mümkün risklər və əks-göstərişlər: inyeksion prosedurlar haqqında vacib məlumat.
BloqDodaq dolğusu: təbii nəticə nədən asılıdır?