Haqqımda

Dr. Sara Mirzəyeva haqqında

Dr. Sara Mirzəyeva Bakıda fəaliyyət göstərən həkim-kosmetoloqdur. Laser Beauty Clinic-də botoks, hialuron turşusu əsaslı dolğular və dəri keyfiyyətinə yönəlik prosedurlar aparır. İşində təbii, üz cizgilərinə uyğun nəticəni və hər xəstəyə fərdi yanaşmanı əsas prinsip kimi götürür.

Dr. Sara Mirzəyeva prosedura hazırlaşarkən
Dr. Sara Mirzəyeva klinikada prosedur apararkən

Bioqrafiya

Təhsil və karyera

Sara Mirzəyeva 1988-ci ildə Naxçıvan şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 2011-ci ildə universiteti bitirib.

Həmin il RGEM-də çalışmağa başlayıb. 2017–2020-ci illərdə həkimlik fəaliyyətini Loğmed klinikasında davam etdirib.

2020-ci ilin ikinci yarısından kosmetologiya üzrə müxtəlif kurslarda təkmilləşib, daha sonra Laser Beauty Estetik Klinikasında (Laser Beauty Clinic) həkim-kosmetoloq kimi çalışmağa başlayıb. Hazırda da bu klinikada fəaliyyət göstərir.

Peşəkar yol

Xronologiya

  1. 1988Naxçıvan şəhərində anadan olub
  2. 2005–2011Azərbaycan Tibb Universiteti
  3. 2011RGEM-də işə başlayıb
  4. 2017–2020Loğmed klinikası

    Həkim

  5. 2020-ci ilin II yarısıKosmetologiya üzrə təkmilləşdirmə kursları
  6. 28–30 oktyabr 2024BNC Global konfransı

    Seul, Cənubi Koreya

  7. HazırdaLaser Beauty Clinic

    Həkim-kosmetoloq, Bakı

Yanaşma

İş prinsipləri

  • Təbii nəticə

    Dodaq dolğusunda məqsəd yalnız həcm vermək deyil, üz cizgiləri ilə balans yaratmaqdır.

  • Konsultasiya

    Hər prosedur xəstənin istəyinin dinlənilməsi və üz quruluşunun qiymətləndirilməsi ilə başlayır.

  • Fərdi doza

    Botoksda təbii mimikanın qorunması üçün dozanın düzgün seçilməsini əsas şərt hesab edir.

  • Mərhələli yanaşma

    Daha çox həcm istəyən xəstələrdə dolğu lazım gəldikdə bir dəfəyə deyil, mərhələlərlə əlavə olunur.

  • Təhlükəsizlik

    Sertifikatlı preparatlar, sterillik və tibbi yanaşma.

Müraciət edənlər

Dr. Sara Mirzəyevaya Azərbaycanla yanaşı, xaricdə yaşayan xəstələr də müraciət edir; onların arasında Braziliya, Oman və Küveytdən gələn xəstələr olub. Bəzi xəstələr təkrar prosedurlar üçün yenidən müraciət edir.

Beynəlxalq təcrübə

Peşəkar inkişaf

Mətbuatda həkim

28–30 oktyabr 2024
Seul

BNC Global konfransı

Laser Beauty Clinic-in digər həkim-kosmetoloqları ilə birlikdə iştirak edib. Konfransda botulinum toksinlərinin tətbiqinin müasir metodları və effektivliyi üzrə təlimlər keçirilib; iştirakçılar botulinum məhsullarının istehsal olunduğu zavodda istehsal prosesi, təhlükəsizlik və keyfiyyət standartları ilə tanış olublar.

Masterklass

The Artificial Harmony Masterclass

Üz simmetriyası, müasir dolğu texnikaları və təbii nəticələrin qorunması mövzularına həsr olunmuş masterklassda iştirak edib.

Qeydiyyat

Konsultasiyaya yazılın

Prosedurun sizə uyğun olub-olmadığı konsultasiyada müəyyən olunur. Qeydiyyat üçün WhatsApp və ya telefonla əlaqə saxlayın.

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı