Xidmətlər

Botoks prosedurları

Mimik qırışların yumşaldılması və masseter botoks — qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaq məqsədi ilə.

  • Nəticə1–2 həftə ərzində
  • EffektAdətən təxminən 3–4 ay
  • MəqsədTəbii mimikanın qorunması

Botoks nədir?

Botoks (botulinum toksini) kosmetologiyada mimik qırışların korreksiyasında istifadə olunan preparatdır. Mimik qırışların əsas səbəbi üz əzələlərinin yüksək fəallığıdır. Botulinum toksini tətbiq olunduğu əzələnin fəallığını müvəqqəti azaldır və bu yolla qırışlar yumşalır.

Full botoks hansı nahiyələri əhatə edir?

Full botoks bir neçə mimik zonanın eyni prosedurda korreksiyasıdır: alın, qaşarası, göz ətrafı və burun üstü qırışlar. Nəticədə qırışlar yumşalır, dəri daha hamar görünür.

Botoksdan sonra mimika itirmi?

Məqsəd qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaqdır. Dr. Sara Mirzəyeva bunun üçün əsas şərti dozanın düzgün və fərdi seçilməsi hesab edir.

Nəticə nə vaxt görünür və nə qədər davam edir?

Nəticə bir-iki həftə ərzində özünü göstərir. Effekt adətən təxminən 3–4 ay, bəzən daha uzun davam edir.

Botoksa neçə yaşdan başlamaq olar?

Botoks üçün əsas göstəriş yaş deyil, mimik qırışların olmasıdır. Belə qırışlar 20 yaşlarında da formalaşa bilər. Prosedurun uyğunluğunu həkim müayinə zamanı qiymətləndirir.

Masseter botoks nədir?

Masseter botoks çeynəmə əzələsinə (masseter) botulinum toksininin tətbiqidir. Əzələ kiçildikcə üzün aşağı üçdə bir hissəsi daha incə görünür. Prosedur əməliyyatsız və qısa müddətdə aparılır.

Bilməli olduqlarınız

  • Botoksdan sonra müvəqqəti şişkinlik, qızartı, həssaslıq, göyərmə və nadir hallarda yüngül baş ağrısı ola bilər.
  • İnyeksiya nahiyəsində infeksiya olduqda prosedur aparılmır.
  • Botoks prosedurları yalnız tibbi şəraitdə, həkim tərəfindən aparılmalıdır.
BloqMimikanı itirmədən botoks mümkündürmü?

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı