Xidmətlər

Üz konturunun dolğu ilə korreksiyası

Hialuron turşusu əsaslı dolğularla itirilmiş həcmin bərpası və üz konturunun daha harmonik görünməsi.

  • NahiyələrAlın, gicgah, yanaq, çənə, ağız ətrafı
  • PreparatHialuron turşusu əsaslı dolğu
  • YanaşmaMüayinədən sonra fərdi plan

Yaş artdıqca dərialtı yağ təbəqəsi incəlir, dəriyə həcm verən hialuron turşusunun miqdarı azalır. Nəticədə qırışlar, çökəkliklər və sallanma yarana bilər. Hialuron turşusu əsaslı dolğular itirilmiş həcmi bərpa etmək və üzün konturunu daha harmonik göstərmək üçün istifadə olunur.

Alın dolğusu nədir?

Alın dolğusu alındakı çökəkliyin hialuron turşusu əsaslı dolğu ilə aradan qaldırılmasına yönəlmiş inyeksion prosedurdur. Məqsəd alının konturunu hamarlamaq və üzün yuxarı hissəsinə daha harmonik görünüş verməkdir. Alındakı mimik qırışların korreksiyasında isə botoks tətbiq olunur.

Gicgah dolğusu nədir?

Gicgah dolğusu gicgah nahiyəsində itirilmiş həcmin hialuron turşusu əsaslı dolğu ilə bərpasıdır. Gicgahdakı boşluq üzün yuxarı hissəsinin çökük və yorğun görünməsinə səbəb ola bilər. Prosedurdan sonra üzün yuxarı hissəsi daha dolğun, ifadə isə daha təravətli görünür.

Yanaq dolğusu nədir?

Yanaq dolğusu yanaq nahiyəsindəki çökəkliyin hialuron turşusu əsaslı dolğu ilə aradan qaldırılmasıdır. Prosedur yanaqlarda həcm itkisi ilə bağlı yorğun görünüşü azaltmaq üçün tətbiq olunur.

Çənə dolğusu və çənə xəttinin konturlanması nədir?

Çənə dolğusu çənənin formasının hialuron turşusu əsaslı dolğu ilə korreksiyasıdır. Çənə xəttinin (üz ovalının) konturlanması isə aşağı çənə xəttini daha aydın göstərməyə yönəlib. Hər iki prosedurun məqsədi üzün aşağı hissəsinin proporsiyalarını daha harmonik etməkdir.

Nazolabial büküşlər necə korreksiya olunur?

Nazolabial büküşlər burun qanadlarından dodaq künclərinə doğru uzanan xətlərdir. Yaş, genetik və ətraf mühit amilləri ilə bağlı zamanla dərinləşə və üzə yorğun ifadə verə bilər. Onların görünüşü cərrahi müdaxilə olmadan, hialuron turşusu əsaslı dolğu ilə yumşaldıla bilər.

Marionet qırışları necə korreksiya olunur?

Marionet qırışları dodaq künclərindən çənəyə doğru uzanan xətlərdir. Hialuron turşusu əsaslı dolğu ilə bu xətlərin görünüşü hamarlaşdırıla bilər.

Full face: kompleks yanaşma nədir?

Full face üzün bir neçə nahiyəsinin — məsələn, gözaltı, ağız ətrafı, çənə xətti, dodaq, çənə və yanaqların — vahid plan çərçivəsində korreksiyasıdır. Məqsəd ayrı-ayrı nahiyələri deyil, bütövlükdə üzün proporsiyasını və harmoniyasını nəzərə almaqdır. Hansı nahiyələrin plana daxil ediləcəyi müayinədən sonra müəyyən olunur.

Bilməli olduqlarınız

  • Alın nahiyəsində dolğu inyeksiyaları xüsusi ehtiyat və təcrübə tələb edir.
  • Prosedurdan sonra müvəqqəti şişkinlik, qızartı, göyərmə və həssaslıq ola bilər.
  • Mümkün risklər və əks-göstərişlər: inyeksion prosedurlar haqqında vacib məlumat.

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı