Xidmətlər

Gözaltı işıq dolğusu

Gözaltında yaranmış çökəkliyin hialuron turşusu əsaslı dolğu ilə doldurulması — baxışlara daha dinc və təravətli görünüş qazandırmaq üçün.

  • SeansÇox vaxt bir seans
  • NəticəDərhal görünür
  • Effekt1 il, bəzən daha uzun

Gözaltı işıq dolğusu nədir?

Gözaltı işıq dolğusu gözaltında yaranmış çökəkliyin hialuron turşusu əsaslı dolğu ilə doldurulmasıdır. Çökəklik gözaltında kölgə yaradır və üzə yorğun ifadə verə bilər. Prosedurun məqsədi bu nahiyəni hamarlaşdırmaq və baxışlara daha dinc, təravətli görünüş qazandırmaqdır.

Nə vaxt tətbiq olunur?

  • Gözaltında çökəklik olduqda
  • Çökəkliyin yaratdığı kölgə və tündləşmiş görünüş narahat etdikdə
  • Yorğun ifadəni azaltmaq istəyi olduqda

Neçə seans lazımdır?

Çox vaxt bir seans kifayət edir. Nəticə prosedurdan dərhal sonra görünür və 1 il, bəzən daha uzun müddət davam edə bilər. Müddət fərdidir.

Bilməli olduqlarınız

  • Gözaltı nahiyəsində inyeksiyalar xüsusi ehtiyat və təcrübə tələb edir.
  • Prosedurdan sonra müvəqqəti şişkinlik, qızartı və göyərmə ola bilər.
  • Gözaltı dolğusunun sizə uyğun olub-olmadığı müayinə zamanı qiymətləndirilir.
  • Mümkün risklər və əks-göstərişlər: inyeksion prosedurlar haqqında vacib məlumat.
BloqCeyrangöz və gözaltı işıq dolğusu: fərq nədir?

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı