Laser Beauty Clinic · Bakı

Dr. Sara MirzəyevaBakıda həkim-kosmetoloq

Təbii estetika və üz harmoniyası. Botoks, hialuron turşusu əsaslı dolğular və dəri keyfiyyəti prosedurları.

  • 2011-ci ildənhəkimlik fəaliyyəti
  • ATU məzunuAzərbaycan Tibb Universiteti
  • Seul, 2024BNC Global konfransı
Həkim-kosmetoloq Dr. Sara Mirzəyeva

“Nə çox, nə az — elə sənə yaraşan qədər.”

Dr. Sara Mirzəyeva
Dr. Sara Mirzəyeva inyeksion prosedur zamanı
2011ildən həkim kimi fəaliyyət göstərir

Həkim haqqında

Təbii nəticəyə yönəlmiş inyeksion estetika

Dr. Sara Mirzəyeva Bakıda, Laser Beauty Clinic-də çalışan həkim-kosmetoloqdur. Azərbaycan Tibb Universitetini 2011-ci ildə bitirib və həmin ildən həkim kimi fəaliyyət göstərir.

Əsas iş istiqaməti inyeksion estetikadır: dodaq dolğusu, ceyrangöz (göz üstü dolğu), gözaltı işıq dolğusu, əməliyyatsız burun korreksiyası, üz konturunun dolğu ilə korreksiyası və botoks prosedurları.

Həkim haqqında ətraflı

Yanaşma

Məqsəd — təbii və üzünüzə uyğun nəticə

  1. Təbiilik

    Nə çox, nə az — üz cizgilərinə yaraşan qədər. Dolğu yalnız həcm demək deyil, üzdə balans və harmoniya deməkdir.

  2. Konsultasiya ilə başlanğıc

    Hər prosedurdan əvvəl istəyiniz dinlənilir və üz quruluşunuz qiymətləndirilir. Kontur, yoxsa tam dolğunluq — seçim sizindir, uyğun texnikanı isə həkim müəyyən edir.

  3. Düzgün doza və mərhələli yanaşma

    Botoksda təbii mimikanın qorunması üçün doza fərdi seçilir. Dolğu prosedurlarında lazım olduqda nəticəyə mərhələlərlə çatılır.

  4. Tibbi təhlükəsizlik

    Sertifikatlı preparatlar, sterillik və tibbi yanaşma.

Xidmətlər

İnyeksion estetika və dəri keyfiyyəti

Bütün xidmətlər

Dodaq dolğusu

Hialuron turşusu əsaslı dolğu ilə həcm, kontur və asimmetriya korreksiyası. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşdür.

Ətraflı

Ceyrangöz

Göz üstündəki çökəkliyin dolğu ilə korreksiyası.

Ətraflı

Üz konturu

Alın, gicgah, yanaq, çənə və ağız ətrafı üçün dolğu prosedurları.

Ətraflı

Botoks

Alın, qaşarası və göz ətrafında mimik qırışların yumşaldılması, masseter botoks. Məqsəd qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaqdır.

Ətraflı
Dr. Sara Mirzəyeva klinikada prosedur apararkən

Peşəkar yol

Təhsil və təcrübə

  1. 2011Azərbaycan Tibb Universiteti

    Universiteti bitirib və həkimlik fəaliyyətinə başlayıb.

  2. 2020-ci ilin II yarısıKosmetologiya üzrə təkmilləşdirmə

    Kosmetologiya üzrə müxtəlif kurslarda təkmilləşib.

  3. 28–30 oktyabr 2024BNC Global konfransı

    Seul, Cənubi Koreya.

  4. HazırdaLaser Beauty Clinic

    Həkim-kosmetoloq, Bakı.

Tam bioqrafiya

Nəticələr

Klinik nümunələr

Dr. Sara Mirzəyevanın praktikasından seçilmiş nümunələr. Hər insanın üz quruluşu fərqli olduğu üçün nəticələr də fərdidir.

Bütün nəticələr
Dodaq

Dodaq konturunun minimal korreksiyası

Az miqdarda hialuron turşusu əsaslı dolğu ilə yalnız dodaq konturu vurğulanıb və simmetriya bərpa olunub. Həcm artırılmadan dodağın təbii anatomiyası qorunub.

Göz ətrafı

Göz üstü və gözaltı nahiyəsinin korreksiyası

Göz üstündəki batıqlıq və gözaltındakı çökəkliklər azaldılıb; göz ətrafı daha hamar və təravətli görünür.

Kompleks

71 yaşlı xəstədə kompleks korreksiya

3 q dolğu ilə dodaq dolğusu, ağız ətrafı dolğusu, marionet qırışlarının korreksiyası və çənə korreksiyası aparılıb.

Media

Mətbuatda həkim

Bütün materiallar
Qafqazinfo

“Laser Beauty Clinic”in həkimləri Koreyada konfransda

Sara Mirzəyevanın klinikanın digər həkimləri ilə birlikdə Seulda keçirilən BNC Global konfransında iştirakı.

Məqaləni oxuyun
renasoltanova.com

Laser Beauty Clinic və BNC Global konfransına iştirakı

Konfransda botulinum toksinlərinin tətbiqinin müasir metodları üzrə təlimlər və istehsal standartları ilə tanışlıq.

Məqaləni oxuyun

Suallar

Tez-tez verilən suallar

Prosedurlar, nəticələr və təhlükəsizlik haqqında ən çox verilən suallara qısa cavablar.

Bütün suallar

Effekt adətən 6–12 ay davam edir. Dodaqlar hərəkətli nahiyə olduğu üçün dolğu burada nisbətən tez sorula bilər. Müddət orqanizmin xüsusiyyətlərindən və istifadə olunan preparatdan asılı olaraq fərdi dəyişir.

Məqsəd qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaqdır. Bunun üçün əsas şərt dozanın düzgün və fərdi seçilməsidir.

Çox vaxt bir seans kifayət edir. Nəticə dərhal görünür və 1 il, bəzən daha uzun müddət davam edə bilər; müddət fərdidir.

Bəzi hallarda bəli. Hialuron turşusu əsaslı dolğu ilə burun belindəki kiçik qabarıqlığın görünüşü və burun ucunun konturu kəsiksiz korreksiya oluna bilər. Lakin dolğu burnu kiçiltmir; daha böyük dəyişikliklər üçün cərrahi rinoplastika nəzərdən keçirilir.

Əlaqə

Konsultasiyaya yazılın

Qeydiyyat və suallarınız üçün WhatsApp və ya telefonla əlaqə saxlayın. Dr. Sara Mirzəyeva Bakıda, Laser Beauty Clinic-də qəbul edir.

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı