Xidmətlər

İnyeksion estetika və dəri keyfiyyəti

Dr. Sara Mirzəyeva inyeksion estetika üzrə aşağıdakı prosedurları aparır. Hər prosedur konsultasiya ilə başlayır: həkim istəyinizi dinləyir, üz quruluşunuzu qiymətləndirir və sizə uyğun yanaşmanı müəyyən edir.

Dr. Sara Mirzəyeva inyeksion prosedur zamanı

Prosedurlar

Xidmətlər siyahısı

Dodaq dolğusu

  • 15–25 dəqiqə
  • Nəticə dərhal
  • Adətən 6–12 ay

Hialuron turşusu əsaslı dolğu ilə dodaqlara həcm verilir, kontur dəqiqləşdirilir və asimmetriya korreksiya olunur. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşdür.

Ətraflı

Ceyrangöz

  • Göz üstü

Göz üstündəki çökəkliyin (batıqlığın) hialuron turşusu əsaslı dolğu ilə korreksiyası.

Ətraflı

Gözaltı işıq dolğusu

  • Çox vaxt bir seans

Gözaltında yaranmış çökəkliyin doldurulması və yorğun görünüşün azaldılması.

Ətraflı

Əməliyyatsız burun korreksiyası

  • Kəsiksiz

Burun belindəki qabarıqlığın və burun ucunun görünüşünün hialuron turşusu əsaslı dolğu ilə korreksiyası.

Ətraflı

Üz konturu

  • Fərdi plan

Alın, gicgah, yanaq və çənə dolğusu, nazolabial və marionet qırışlarının korreksiyası, full face.

Ətraflı

Botoks

  • Nəticə 1–2 həftəyə
  • Adətən 3–4 ay

Full botoks ilə alın, qaşarası, göz ətrafı və burun üstü mimik qırışların yumşaldılması; masseter botoks ilə üzün aşağı hissəsinin daha incə görünməsi.

Ətraflı

Dəri keyfiyyəti

  • 3 prosedur

Biorevitalizasiya, PRX-T33 və üz təmizliyi (çistka).

Ətraflı

Təhlükəsizlik

İnyeksion prosedurlar haqqında vacib məlumat

  • Müvəqqəti reaksiyalar

    Dolğu və botoks inyeksiyalarından sonra şişkinlik, qızartı, göyərmə, həssaslıq və ya yüngül ağrı ola bilər. Dolğudan sonra qaşınma və səpgi də mümkündür.

  • Nadir ağırlaşmalar

    Dolğu prosedurlarında nadir hallarda daha ciddi ağırlaşmalar, o cümlədən dolğunun təsadüfən damara yeridilməsi nəticəsində qan dövranının pozulması baş verə bilər. Buna görə inyeksiyalar yalnız həkim tərəfindən, klinik şəraitdə aparılmalıdır.

  • Həssas nahiyələr

    Burun, göz ətrafı, alın və qaşarası nahiyələrində dolğu inyeksiyaları xüsusi ehtiyat və təcrübə tələb edir.

  • Effekt müvəqqətidir

    Hialuron turşusu əsaslı dolğular orqanizm tərəfindən zamanla sorulur; nəticəni saxlamaq üçün prosedur müəyyən müddətdən sonra təkrarlana bilər. Botoksun təsiri də müvəqqətidir.

  • Əks-göstərişlər

    Hamiləlik və əmizdirmə dövrü, inyeksiya nahiyəsində infeksiya, preparatın tərkibinə allergiya və bəzi xəstəliklər prosedura mane ola bilər. Bu barədə konsultasiya zamanı həkimə mütləq məlumat verin.

Qeydiyyat

Konsultasiyaya yazılın

Prosedurun sizə uyğun olub-olmadığı konsultasiyada müəyyən olunur. Qeydiyyat üçün WhatsApp və ya telefonla əlaqə saxlayın.

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı