Dodaq və ağız ətrafı dolğusu
Dodaqlardakı asimmetriya korreksiya olunub, dodaqlara daha dolğun forma verilib. Ağız ətrafındakı dərin qırışlar yumşaldılıb.
Nəticələr
Dr. Sara Mirzəyevanın praktikasından seçilmiş nümunələr. Hər insanın üz quruluşu, dərisi və orqanizmi fərqli olduğu üçün eyni prosedur fərqli nəticə verə bilər.
Dodaqlardakı asimmetriya korreksiya olunub, dodaqlara daha dolğun forma verilib. Ağız ətrafındakı dərin qırışlar yumşaldılıb.
Göz üstündəki batıqlıq və gözaltındakı çökəkliklər azaldılıb; göz ətrafı daha hamar və təravətli görünür.
Az miqdarda hialuron turşusu əsaslı dolğu ilə yalnız dodaq konturu vurğulanıb və simmetriya bərpa olunub. Həcm artırılmadan dodağın təbii anatomiyası qorunub.
Əvvəlcə 0,5 q, bir ay sonra isə daha 0,5 q hialuron turşusu əsaslı dolğu tətbiq olunub.
Daha əvvəl süni tərkibli dolğu ilə deformasiyaya uğramış dodaqlar hialuron turşusu əsaslı dolğu ilə yenidən formalaşdırılıb.
Təxminən iki il əvvəl ceyrangöz proseduru aparılmış xəstədə prosedur yenilənib.
Göz üstündəki çökəklik azalıb, baxışlar daha açıq görünür.
Gözaltında yaranmış çökəklik hialuron turşusu əsaslı dolğu ilə doldurulub.
Full botoks prosedurundan iki həftə sonrakı nəticə.
Masseter botoks vasitəsilə üzün aşağı üçdə bir hissəsi daha incə görünür.
Burun forması hialuron turşusu əsaslı dolğu ilə, kəsiksiz korreksiya olunub. Bu nümunədə 1 q dolğu istifadə edilib.
Uşaq yaşlarında zədə almış burun dolğu ilə korreksiya olunub.
Gicgah nahiyəsindəki boşluq doldurulub; üzün yuxarı hissəsi daha dolğun görünür.
Yanaq nahiyəsindəki yorğun görünüş 2 q dolğu ilə korreksiya olunub.
3 q dolğu ilə dodaq dolğusu, ağız ətrafı dolğusu, marionet qırışlarının korreksiyası və çənə korreksiyası aparılıb.
Gözaltı, ağız ətrafı, çənə xətti, dodaq, çənə və yanaq nahiyələri ayrı-ayrılıqda korreksiya olunub; üzdəki ləkələrin müalicəsi də aparılıb.
Xaricdə yaşayan xəstəyə botoks, ceyrangöz, gözaltı mezoterapiya, “5 nöqtə lifting” və dodaq dolğusu tətbiq olunub; nəticə prosedurlardan 9 gün sonrakı vəziyyəti göstərir.
Öncə və sonra fotolarına Dr. Sara Mirzəyevanın Instagram səhifəsində baxa bilərsiniz.
@drsaramirzayevaQeydiyyat
Prosedurun sizə uyğun olub-olmadığı konsultasiyada müəyyən olunur. Qeydiyyat üçün WhatsApp və ya telefonla əlaqə saxlayın.