Bloq · Burun

Əməliyyatsız burun korreksiyası: imkanlar və məhdudiyyətlər

Burun dolğusu ilə nələri düzəltmək olar, nələri yox? Burun belindəki qabarıqlıq, burun ucu və dolğunun məhdudiyyətləri haqqında.

Burun formasındakı bəzi qüsurları hialuron turşusu əsaslı dolğu ilə, kəsik olmadan korreksiya etmək mümkündür. Lakin bu üsulun imkanları ilə yanaşı, məhdudiyyətlərini də bilmək vacibdir.

Burun dolğusu nədir?

Burun dolğusu burundakı bəzi estetik qüsurların hialuron turşusu əsaslı dolğu ilə, əməliyyatsız korreksiyasıdır. Nəticə prosedurdan dərhal sonra görünür.

Burun dolğusu ilə nələri düzəltmək olar?

Dr. Sara Mirzəyevanın praktikasında burun dolğusu aşağıdakı hallarda tətbiq olunub:

  • burun belindəki əyrilik və qabarıqlığın görünüşünün düzəldilməsi;
  • burun ucunun qaldırılması;
  • uşaq yaşlarında zədə almış burnun korreksiyası.

Burun dolğusunun məhdudiyyətləri

  • Dolğu burnu kiçiltmir. Bu üsulla buruna yalnız həcm əlavə olunur, burnun heç bir hissəsi götürülmür.
  • Hər problem üçün uyğun deyil. Üsul əsasən burun ucunun konturunu yaxşılaşdırmaq və burun belindəki kiçik qabarıqlığı gizlətmək üçün uyğundur. Formada daha böyük dəyişiklik və ya burnun kiçildilməsi tələb olunduqda cərrahi rinoplastika nəzərdən keçirilir.
  • Nəticə müvəqqətidir. Hialuron turşusu əsaslı dolğular orqanizm tərəfindən zamanla sorulur.

Təhlükəsizlik

Burun nahiyəsində dolğu inyeksiyaları xüsusi ehtiyat və təcrübə tələb edir. Nadir hallarda dolğunun təsadüfən damara yeridilməsi ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə prosedur yalnız həkim tərəfindən, klinik şəraitdə aparılmalıdır. Prosedurdan sonra müvəqqəti şişkinlik, qızartı və göyərmə ola bilər.

Kimlər üçün uyğundur?

Burun dolğusunun sizə uyğun olub-olmadığı həkim müayinəsindən sonra müəyyən edilir. Konsultasiyada gözləntilərinizi və burnunuzun xüsusiyyətlərini həkimlə müzakirə edin.

XidmətƏməliyyatsız burun korreksiyası haqqında ətraflı

Bu məqalə maarifləndirici xarakter daşıyır və həkim konsultasiyasını əvəz etmir.

Qeydiyyat

Konsultasiyaya yazılın

Prosedurun sizə uyğun olub-olmadığı konsultasiyada müəyyən olunur. Qeydiyyat üçün WhatsApp və ya telefonla əlaqə saxlayın.

Saytda axtarış

Tez-tez axtarılanlar

    Dr. Sara Mirzəyeva

    Vizitkart

    Dr. Sara Mirzəyeva

    Həkim-kosmetoloq · Laser Beauty Clinic, Bakı